IPTV (Internet Protocol Television) internet protokolu üzərində televiziya siqnallarının yayımlanmasını ifadə edir. Bu texnologiya ənənəvi kabel və ya peyk televiziyalarından fərqli olaraq, televiziyanı izləmək üçün internet əlaqəsini istifadə edir. IPTV vasitəsilə siz televiziya kanallarını, filmləri, serialları və digər multimedia məzmunlarını onlayn şəkildə izləyə bilərsiniz.
Bu texnologiya son illər dünya üzərində geniş yayılıb və getdikcə daha çox insan ənənəvi televiziyadan IPTV-yə keçid edir. IPTV xidmətləri vasitəsilə mütərəfiq cihazlarda yüksək keyfiyyətdə (HD və ya 4K) yayımları izləmək mümkün olur.
IPTV hansı cihazlara quraşdırılır?
IPTV demək olar ki, çox çeşidli cihazlarla istifadə oluna bilir. Bu texnologiyanı dəstəkləyən cihazlar və platformalar:
- Smart televizorlar: • LG, Samsung, Sony kimi markaların smart TV-ləri IPTV proqramlarını (Smart IPTV, HotPlayer, TiviMate) dəstəkləyir. Sadəcə internetə qoşularaq məzmunlara baxmaq mümkün olur.
- Telefon və planşetlər: • Android və iOS cihazları üçün IPTV proqramları (IptvStreamPlayer Televizo XCIPTV) istifadə edilə bilər.
- Kompüterlər: • Windows və macOS əməliyyat sistemləri üçün VLC Media Player və ya IPTV Smarters kimi proqramlardan istifadə olunur.
- TV Box və Android Box cihazlar: • Apple TV, Nvidia Shield, Xiaomi Mi Box kimi cihazlar IPTV yayımlarını qüsursuz dəstəkləyir.
- Oyun konsolları: • PlayStation və Xbox kimi oyun konsolları da IPTV proqramları vasitəsilə istifadə oluna bilər.
IPTV-nin üsünlükləri
- Çəşidliliyi: Bir platforma üzərində minlərlə kanal, film və seriallara baxmaq mümkün olur.
- Yüksək keyfiyyət: HD və 4K formatları dəstəklənir.
- Cıhazlara uyğunluq: İstənən cihazda istifadə edilə bilər.
- Dərhal istifadə: IPTV abunəliyi alınandan sonra bir neçə dəqiqə ərzində aktivləşir.
- Ekonomik qiymətlər: IPTV paketləri əksər hallarda kabel və peyk televiziyalarından daha sərfəlidir.